İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İsrail hücumları İranın şərqində raket sistemlərini sıradan çıxardı - BOMBARDMAN VİDEOSU

893 21.03.2026 15:22 Dünya A A

ABŞ və İsrailin iştirakı ilə həyata keçirilən hərbi əməliyyatlar fonunda İran ərazisində vəziyyət fəlakətli olaraq qalır.

Musavat.com xəbər verir ki, son məlumatlara əsasən, İranın şərq hissəsindən İsrail istiqamətində raket atəşləri demək olar ki, dayanıb.

Məlumatlarda bildirilir ki, bu vəziyyət koalisiya qüvvələrinin həmin bölgədə yerləşən raket qurğularını böyük ölçüdə sıradan çıxarması ilə izah olunur. Xüsusilə İranın şərqində yerləşən hərbi obyektlərin və raket bazalarının hədəf alındığı qeyd edilir.

Eyni zamanda İranın qərb hissəsində hərbi əməliyyatların davam etdiyi bildirilir. Bu bölgədə hədəflərin vurulması və aktiv əməliyyatların aparılması barədə məlumatlar gəlməkdədir.

Hazırda tərəflərdən rəsmi və tam təsdiqlənmiş məlumatların məhdud olması səbəbindən hadisələrin detalları dəqiqləşdirilməkdə davam edir.

Musavat.com ABŞ-İsrail koalisiyasının bombardmanından bir fraqmenti təqdim edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR