ABŞ və İsrailin İrana zərbələri G7 ölkələri xarici işlər nazirləri arasında keçirilən telefon danışığında müzakirə olunub.
Musavat.com xəbər verir ki, məlumatı Yaponiya Xarici İşlər Nazirliyi açıqlayıb. Bildirilir ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları İran ətrafındakı vəziyyətlə bağlı qiymətləndirmələrini G7 tərəfdaşlarına təqdim edib və "gələcək perspektivlərini" açıqlayıb.
Nazirliyin məlumatına görə, G7 nazirlərinin söhbəti zamanı tərəflər "müxtəlif məsələlər üzrə hərəkətlərini əlaqələndirməyə davam edəcəklərini" təsdiqləyiblər. Yaponiya XİN qeyd edir ki, onlar İran ətrafındakı vəziyyəti müzakirə ediblər, ABŞ isə öz növbəsində "son inkişaflar və gələcək perspektivlər barədə ümumi məlumat təqdim edib".
Musavat.com






