ABŞ prezidenti Donald Trampın 11 iyunda müharibəyə son qoymaq üçün razılaşma əldə edildiyini açıqlamasına baxmayaraq, İran hələ də silahlı münaqişənin sülh yoluyla həlli ilə bağlı Vaşinqtonla razılaşma mətnini təsdiqləməyib.
Musavat.com xəbər verir ki, bu məlumatı "Fars" xəbər agentliyi yayıb.
Agentliyin məlumatına görə, Donald Trampın İranla razılaşmanın bir neçə yekun elementinin razılaşdırıldığını açıqlamasından qısa müddət sonra İran danışıqlar qrupuna yaxın bir mənbə bildirib ki, ABŞ ilə ilkin memorandum üçün heç bir mətn Tehran tərəfindən hələ təsdiqlənməyib.
Daha sonra Tramp ABŞ-nin İranla müharibəyə son qoymaq barədə razılığa gəldiyini, lakin müvafiq sənədlərin hələ də imzalanmasını gözlədiyini bildirib. "Fars"ın İran tərəfinin memorandumun mətni ilə bağlı hələ razılığa gəlmədiyi barədə xəbərinə baxmayaraq, Donald Tramp daha sonra İranın ali lideri Ayətullah Müctəba Xameneinin ABŞ ilə gələcək razılaşmanın şərtlərini təsdiqləyə biləcəyini də iddia edib.
Musavat.com






