İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da hipersəs silahlarının vurma məsafəsini 3 dəfə artıran yanacaq kəşf olunub

597 15.02.2024 22:12 Dünya A A

Birləşmiş Ştatlar hipersəs silahları üçün istifadə dairəsini üç dəfə artıra bilən yeni yanacaq hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun tədqiqat və inkişaf işlərinə nəzarət edən ABŞ müdafiə nazirinin müavini Haydi Şu bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən hərbi idarənin rəis müavini bildirib:

“Tədqiqatçıların irəlilədiyi istiqamətlərindən biri hipersəs silahlarının vurma məsafəsini üç dəfə artırmağa imkan verən yüksək səmərəli yanacaqdır. Bu, universitet tədqiqat layihəsinin nəticəsidir”.

Bundan əlavə, Şu, Pentaqonun 2023-cü ildə "hipersəs silahların sınaq infrastrukturuna" 1,5 milyard dollar sərmayə qoyduğunu qeyd edib: "Bu 1,5 milyard dollar hesabına hipersəs silahların sınaq tempi üç dəfə artacaq ki, bu da çox gözəldir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR