Almaniyada Rusiyaya münasibət və Ukraynaya silah tədarükü məsələsi ölkə daxilindəki tarixi fərqləri yenidən üzə çıxarıb.
Musavat.com xəbər verir ki, Almaniyanın “Der Spiegel” nəşri yazır ki, ölkə bu gün də keçmiş Şərqi Almaniya (ADR) və Qərbi Almaniya (AFR) arasında formalaşmış fərqli baxışların təsirini hiss edir.
Məqalədə qeyd olunur ki, ADR dövründə məktəblilər sovet memoriallarını ziyarət edir, Almaniyanın şərqində yerləşdirilən sovet hərbçiləri isə yerli əhalinin gündəlik həyatının bir hissəsinə çevrilirdi. Bu səbəbdən Rusiyaya münasibət daha fərqli formalaşıb.
Qərbi Almaniyada isə SSRİ uzun illər təhlükə və rəqib dövlət kimi təqdim olunurdu. Nəticədə Rusiyaya qarşı daha sərt və ehtiyatlı yanaşma yaranıb.
Nəşrin fikrincə, bu tarixi fərqlər bu gün də Almaniyanın siyasi müzakirələrində, xüsusilə Ukraynaya silah göndərilməsi və Rusiya ilə münasibətlər məsələsində özünü göstərir. “Der Spiegel” hesab edir ki, Qərbi Almaniyada formalaşmış “pis rus” obrazı tam şəkildə aradan qalxmayıb.
Musavat.com






