İnsanlara hürriyət, millətlərə istiqlal!

300 min azərbaycanlı üçün də Zəngəzur-Göyçə Muxtar Vilayəti yaradılsın: Ermənilərin status tələbinə CAVAB

6822 18.07.2022 15:49 Gündəm A A

"Azərbaycan 44 günlük savaşda əsasən, ərazi bütövlüyünü təmin edib, bu istiqamətdə yekun nəticənin əldə olunması üçünsə Rusiyanın vasitəçiliyi əsasında üçtərəfli razılaşma əldə olunub. 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə görə, Ermənistan qalan məsələlərin sülh yolu ilə həlli barədə öhdəliklər götürüb. Lakin 20 aylıq postmüharibə dövründə rəsmi İrəvan nəinki bu öhdəliklərə davamlı şəkildə əməl etməkdən yayınıb, status-kvonun saxlanması istiqamətində manevrləri, hətta gərginliyi tətikləyən addımları ilə diqqət çəkib, bu isə uzun müddət davam edə bilməz".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan Prezidenti ötən həftə Ermənistana və onu öz əlində oyuncağa çevirmiş çevrələrə açıq şəkildə mesajını verdi, xəbərdarlığını etdi: "Dövlət başçımızın “əgər öhdəliklərə əməl edilməyəcəksə, açıq desinlər, işimizi bilək”-xəbərdarlığı sıradan məsələ deyil. Bu, artıq Azərbaycanın mövcud vəziyyətlə heç zaman barışmayacağını, üstəlik, çox gözləmək, Ermənistanın “nazı” ilə oynamaq niyyətində olmadığını göstərən ciddi faktordur. Bu cür qətiyyətli mövqe Ermənistanın Zəngəzur dəhlizinin açılması, Qarabağdakı terrorçu birləşmələrin çıxarılması ilə bağlı öhdəliklərinə əməl etməsinin alternativinin olmadığını da bir daha ortaya çıxartmış oldu".

Siyasi şərhçi vurğuladı ki, Ermənistan hələ də nə isə qopartmağa ümid edir: "Düzdür, Prezident İlham Əliyevin xəbərdarlıqlarının ardınca Tiflisdə bir ilkə imza atıldı: Azərbaycan və Ermənistan XİN rəhbərləri təkbətək görüşdülər, vəziyyəti müzakirə etdilər. Amma görüşün nəticəsi barədə uzaqgedən nəticələr çıxartmaq üçün əsasımız yoxdur. Ermənistan üzünü gah Rusiyaya, gah ABŞ-a, gah da Avropa İttifaqına tutaraq, hansısa xəyallarının gerçəkləşəcəyinə ümid edir. Mövcud vəziyyətin sonsuzadək davamında, sərhəd təxribatlarından əl çəkməməsində də əsas məqsəd yenidən dövriyyəyə hansısa qüvvələri qoşmaq, sülh razılaşmasının imzalanmasını uzatmaq, Azərbaycandan nə isə qopartmaqdır. Lakin unudur ki, savaşın qalibi Azərbaycandır və diktə edən də məhz Azərbaycan dövləti, onun lideridir. Artıq Ermənistan rəsmiləri öz leksikonlarından “status”, “Minsk Qrupu” kimi arxaik ifadələri çıxartmalıdırlar, əks halda, keçmişdə qalacaqlar, fəlakətlər burulğanında boğulacaqlar".

E.Paşasoy vurğuladı ki, Qarabağdakı bir ovuc erməni üçün status tələb edən İrəvan ən azı Azərbaycanın 300 min azərbaycanlı üçün Zəngəzur-Göyçə Muxtar Vilayətinin yaradılması şərti ilə üz-üzə qalacaqlar: "Artıq Azərbaycan rəsmi səviyyədə buna eyham vurub, dövlət başçısı demişkən, “görək onda nə edəcəklər”. Paşinyan hökuməti düşünsün və hesablasın: Qarabağdakı 25-30 min erməniyə status düşür, yoxsa Ermənistandan deportasiya olunmuş 250-300 min azərbaycanlıya? Fərqi görmürsə, gözlərini müalicə etdirsin! Ermənistan kapitulyasiyaya imza atmış ölkədir, yekun sülh razılaşmasında Azərbaycanın səxavətinə ümid bağlamalı, ona nə təklif ediləcəksə, baş əyib, minnətdarlıqla qəbul etməlidir. Yoxsa, Ermənistanın sülh imzalamasının qarşılığında Xankəndiyə hər hansı bir “status” istənilməsi yolveriməzdir və bu, mümkün də deyil. Azərbaycan dövləti birdəfəlik bəyan edib: status getdi, cəhənnəmə! Həm də zəfər qazanmış qüdrətli Azərbaycan ötən əsrin əvvəlindəki sovet Azərbaycanı deyil ki, bir daha hansısa qüvvələrin təzyiqi və təkidi ilə Qarabağın gəlmələri üçün xüsusi status tanısın. Heç bir statusdan söhbət gedə bilməz, nə siyasi, nə mədəni, nə də iqtisadi! Var Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, bu bölgədə yaşamaq hüququ əldə edə biləcəklər, əksini “ölü gözləri” ilə görərlər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR