İnsanlara hürriyət, millətlərə istiqlal!

“30 yaşlı Ermənistan sıfır dəyərə malik olacaq”

706 02.06.2023 17:19 Son xəbər A A

“Gələcək tarixçilər bu baharı uğursuzluq baharı, rüsvayçılıq baharı, Qarabağdan imtina baharı adlandıra bilərlər. Lakin mən inanıram ki, gələcək tarixçilərin (erməni - red.) böyük əksəriyyəti bu yazı pislərin və ya pisliklərin son baharı adlandıracaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının liderlərindən Eduard Şarmazanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistandakı hakim rejimin, xuntanın başçısı Nikol Paşinyan bu yaz açıq şəkildə Qarabağın Azərbaycana məxsus olduğunu bəyan etdi. Paşinyan bu yaz üçüncü Ermənistan Respublikasının tabutuna sonuncu mismar vurub. O, bir yandan Qarabağı Azərbaycanın bir hissəsi kimi elan edib, digər tərəfdən isə “soyqırımın” (qondarma - red.) beynəlxalq səviyyədə tanınmasından vaz keçib”, - deyə Eduard Şarmazanov qeyd edib.

“Nikol müvəffəq olsa, bu o deməkdir ki, 88-in hərəkatından başlayaraq 30 yaşlı Ermənistan sıfır dəyərə malik olacaq”, - deyə Şarmazanov bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR