İnsanlara hürriyət, millətlərə istiqlal!

15 yaşlı yeniyetmə məktəb yaxınlığında yoxa çıxıb - FOTO

541 07.07.2026 16:48 Hadisə A A

Sumqayıtın Corat qəsəbəsində 15 yaşlı yeniyetmə qız itkin düşüb.

Musavat.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Bildirilib ki, 2011-ci il təvəllüdlü Aysu Kərimli Elsevər qızı dünən günorta saatlarında Corat məktəbi yaxınlığında itib. Ailəsinin sözlərinə görə, o, həssas qrupa aid yeniyetmədir.

Məlumata əsasən, Aysu evdən çıxarkən əynində mavi cins şalvar, qara köynək və qara ayaqqabı olub.

Yaxınları yeniyetməni görən şəxslərdən dərhal polisə məlumat vermələrini xahiş ediblər.

Aysu.jpg (100 KB)

Şahanə Rəhimli
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR