Böyük Britaniyanın məşhur hökumət pişiyi Larri yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, 2011-ci ildən Böyük Britaniya baş nazirinin rəsmi iqamətgahında “baş siçanovlayan” vəzifəsini daşıyan Larri X sosial şəbəkəsində paylaşdığı mesajla diqqət çəkib.
Kir Starmerin istefasına münasibət bildirən Larri zarafatla yazıb: “Belə davam etsə, onların adlarını yadda saxlamağa belə əziyyət çəkməyəcəyəm”.
Qeyd edək ki, Larri 2011-ci ildən bəri Böyük Britaniyada fəaliyyət göstərən yeddi baş nazirin dövrünə şahidlik edib. Bu müddətdə o, ölkənin ən məşhur heyvanlarından birinə çevrilib və sosial şəbəkələrdəki yumorlu paylaşımları ilə tez-tez medianın diqqətini çəkir.
Kir Starmerin gedişindən sonra Larri artıq səkkizinci hökumət rəhbərinin Dauninq-stritə gəlişini gözləyir.
Musavat.com






