İnsanlara hürriyət, millətlərə istiqlal!

11 yaşında SSRİ-ni tərk etdi, geri dönüb Rusiyada sərvət qazandı

2360 16.06.2026 02:01 Dünya A A

SSRİ-dən köçən Mişel Litvak sonradan Rusiyanın ən tanınmış biznesmenlərindən birinə çevrilib.

Musavat.com xəbər verir ki, taman yük limanının sahibi olan Mişel Litvak 1951-ci ildə Leninqradda anadan olub. Məlumata görə, onun ailəsi 1962-ci ildə Polşa üzərindən Belçikaya köçüb. Həmin vaxt Litvakın 11 yaşı olub.

Litvak gənc yaşlarında Belçikada biznes fəaliyyətinə başlayıb. Bildirilir ki, o, 1974-cü ildə tibbi laboratoriyalar şəbəkəsinin yaradılması üçün maliyyə dəstəyi əldə edib, eyni zamanda müxtəlif xammal və əmtəələrin ticarəti ilə məşğul olub.

SSRİ dağıldıqdan sonra Rusiyada biznes qurmağa başlayan Litvak Çinlə ticarətdən başlayaraq ölkənin ən iri liman aktivlərindən biri hesab olunan Taman limanı ilə əlaqələndirilən iri biznes layihələrinə qədər yüksəlib.

Məlumata görə, o, 2019-cu ildə Rusiya vətəndaşlığı alıb. Həmçinin İsraildə fəaliyyət göstərən müxtəlif layihələri dəstəklədiyi və hazırda əsasən BƏƏ-də yaşadığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR