İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Putin Krım ssenarisini təkrarlamağa çalışır

956 10.08.2025 00:50 Son xəbər A A

Rusiya prezidenti Vladimir Putin Krım ssenarisini təkrarlamağa çalışır, müharibədəki fasiləni işğal olunmuş ərazilərin qorunub saxlanılması ilə dəyişməyə çalışır. Ukrayna ölkənin parçalanmasının qarşısını almaq üçün cavab verməyə hazırlaşır.

Bu barədə “RBC-Ukrayna” Ukrayna lideri Volodimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

“Amerika tərəfi ilə təmaslar demək olar ki, müxtəlif səviyyələrdə gecə-gündüz davam edir. Biz hər şeyi açıqlamırıq. Putinin taktikasını hamı yaxşı görür”, - prezident qeyd edib.

Onun sözlərinə görə, Kreml rəhbəri sanksiyalardan qorxur və onlardan yayınmaq üçün hər şeyi edir:

“Ona Krımı almağa icazə verdilər və bu, Donetsk və Luqansk vilayətlərinin işğalına səbəb oldu”.**report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR