İnsanlara hürriyət, millətlərə istiqlal!

"Toydan paylaşım etməyə utanıram" - Səbinə Babayeva

2869 21.07.2026 09:09 Şou-biznes A A

Uzun müddətdir efirdə görünməyən Əməkdar artist Səbinə Babayeva sənət fəaliyyətindəki fasilədən danışıb.

"Xəzər axşamı" verilişində qonaq olan sənətçi hər şeyə yenidən başladığını bildirib:

"Hər şeyi sıfırdan başlayıram. Bunun üçün enerjini toplamaq çox çətin idi. Bundan sonra tez-tez görünəcəyəm. Bəziləri elə bilir ki, hələ də Moskvada yaşayıram. Amma Rusiyadan artıq 2 ildən çoxdur ki, qayıtmışam".

S.Babayeva toy və şou-proqramlardan video paylaşmamasının səbəbini də açıqlayıb. O, bunu inkişafdan qalmaq kimi qiymətləndirdiyini bildirib:

"Mənə deyirlər ki, toydakı, şou-proqramdakı çıxışlarından niyə səhifəndə video paylaşmırsan? Çünki mən utanıram. Elə bilirəm ki, biz artıq böyük səhnələrdə, qastrollarda olmalıyıq. Toy, şou-proqram, ad günü, korporativ - bunların hamısı olub-keçib. İnkişaf etmək lazımdır. Demək ki, inkişaf yoxdur. Bizdə başqa biznes yoxdur. Heydər Əliyev Fondunun təşkil etdiyi gözəl konsertlər var, orada çıxış etmək istəyirəm. Restorandan paylaşım etmək istəmirəm". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR