İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə müxalifət liderinə HÜCUM: Ərdoğan Özgür Özələ ZƏNG ETDİ - VİDEO

2035 04.05.2025 14:53 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən hücuma məruz qalıb. Hücumdan sonra prezident Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ zəng edərək ona tezliklə sağalmağı arzulayıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Altunun sözlərinə görə, Türkiyə Prezidenti hadisə ilə bağlı istintaqın gedişatını diqqətlə izləyir.

Hücumla bağlı araşdırma başladılıb, hücum edən şəxs həbs olunub.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR