İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan DƏHŞƏTLİ RAKET zərbəsi: Ölənlər və yaralananlar var

691 23.07.2026 15:10 Son xəbər A A

Rusiyanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə endirdiyi zərbə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanların sayı isə 19 nəfərə çatıb.

Yaralananlar arasında 2 yaşlı qız uşağı da var.

Musavat.com xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün "Telegram" kanalında məlumat yayıb.

"Rusiyanın Pavloqrada hücumu nəticəsində 19 nəfər yaralanıb. Zərərçəkənlər arasında 2 yaşlı qız uşağı da var. Bütün yaralılar xəstəxanadadır. Həkimlər onları müayinə edir və müvafiq köməklik göstərirlər", - deyə o qeyd edib.

A.Qanja daha əvvəl bildirib ki, zərbə nəticəsində şəhərdəki qida sənayesi müəssisələrindən birinə ziyan dəyib və yanğın başlayıb.

Rusiya Müdafiə Nazirliyi hücumla bağlı hələlik heç bir şərh verməyib.

Qeyd edək ki, bu, son dörd gün ərzində şəhərə endirilən ikinci ağır zərbədir. Bazar ertəsi günü Pavloqradın aviabombalarla atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR