İnsanlara hürriyət, millətlərə istiqlal!

Helikopter qəzaya düşdü, göyərtədə 5 hərbçi var idi

409 23.07.2026 15:42 Dünya A A

Çexiyada hərbi hava bazalarından birinin yaxınlığında dəhşətli aviasiya qəzası baş verib.

Musavat.com xəbər verir ki, Çexiya Respublikası Ordusunun rəsmi məlumatına görə, ölkənin hərbi hava qüvvələrinə məxsus "Venom" tipli hərbi helikopter Nameşt-nad-Oslavoy aviasiya bazası rayonunda naməlum səbəblərdən qəzaya uğrayıb.

Hadisə baş verən an helikopterin göyərtəsində 5 nəfər hərbçinin olduğu bildirilir. Qəzadan sonra xilas olanların olub-olmaması, eləcə də hərbçilərin taleyi barədə rəsmi qurumlar tərəfindən hələlik heç bir məlumat verilməyib.

Əraziyə dərhal xilasedicilər və hərbi ekspertlər cəlb olunub, qəzanın başvermə səbəbləri araşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR