İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixail Drapatıdan kəskin çıxış: "Donbas əhalisi sovet rejiminin qalıqlarıdır, işləmək istəmirlər"

700 23.07.2026 15:38 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatı Rusiya və Donbas bölgəsinin əhalisi barədə beynəlxalq miqyasda böyük rezonans doğuracaq kəskin və qalmaqallı bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, baş komandan Rusiyanı ümumiyyətlə qonşu adlandırmağın mümkün olmadığını bildirərək rəqib millətin varlığını hədəf alıb: "Biz görürük ki, qarşımızdakını qonşu adlandırmaq olmaz. Bu, rəhbərliyi ilə birlikdə ümumiyyətlə mövcud olmaq hüququ olmayan bir millətdir. Minilliklər ərzində orada nə mentalitetdə, nə də imperiya ambisiyalı davranışlarında sivil heç bir şey dəyişməyib".

Drapatı, həmçinin Donbas sakinlərini kəskin ifadələrlə tənqid edərək onları "Sovet İttifaqının qalıqları" adlandırıb: "Donetsk və Luqansk vilayətlərinin mövcudluğu tarixində, təəssüf ki, əhalinin əksəriyyətini köçkünlər və kriminal elementlər təşkil edib. Ona görə də orada belə qeyri-şüurlu əhali formalaşıb. Görünür, ukraynalaşdırma baxımından bu əhaliyə çox az diqqət yetirilib və nəticə göz qabağındadır. Nədənsə bu insanlar daha çox müftəxorluğa meyil edirlər, nə isə onlara çatmır, daxillərində bir narazılıq, həsəd var və işləmək istəmirlər.

Əvvəl elə bilirdim bu uydurmadır, amma yox, reallıq belədir. Onlarla ünsiyyətdə olub vəziyyəti izlədim. Hamısı olmasa da, bu kontingentin çox böyük bir hissəsi işləmək istəmir, müftə qazanc axtarır və hansı ölkədə yaşadıqları, o ölkənin adının nə olduğu onlar üçün tamamilə əhəmiyyətsizdir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR