İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana yaxın çevrədən növbəti ayrılma 

676 14.10.2025 18:13 Son xəbər A A

Ermənistanın paytaxtı İrəvanın Şenqavit inzibati rayonunun sabiq rəhbəri Razmik Mkrtçyan “Vətəndaş müqaviləsi” partiyasından çıxdığını bəyan edib.

Musavat.com xəbər verir ki, o, bu barədə məlumatı feysbuk səhifəsində paylaşıb.

Mkrtçyan yazıb ki, 2025-ci il oktyabrın 3-də partiyadan çıxmaq qərarı qəbul edib.

“Hraparak” qəzetinin məlumatına görə, məhkəmə dünən Mkrtçyanın barəsindəki ev dustaqlığını dəyişdirərək onun ölkəni tərk etməsinə qadağa qoymaqla inzibati nəzarət tətbiq edib. Razmik Mkrtçyan “Vətəndaş müqaviləsi” partiyasının Şenqavit təşkilatının sədri Tiqran Makaryanı döyməkdə və onun azadlığını qanunsuz məhdudlaşdırmaqda ittiham olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR