İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzuniyyətdə olan Paşinyan hökumət binasına gəldi – Vaşinqton görüşü öncəsi hərəkətlilik

747 05.08.2025 16:32 Son xəbər A A

Məzuniyyətdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumət binasına gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın korteji binaya daxil olarkən görüntülənib.

Qeyd edək ki, Paşinyan rəsmi olaraq 28 iyul – 15 avqust tarixləri arasında məzuniyyətdədir. Buna baxmayaraq, onun hökumət binasına qəfil gəlişi diqqət çəkib və bir sıra iddialarla əlaqələndirilir.

Xatırladaq ki, mətbuatda Nikol Paşinyanın 8 avqustda ABŞ-a səfər edəcəyi xəbəri dolaşır. Vaşinqtonda onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün planlaşdırıldığı deyilir.

Məlumata görə, tərəflər bu görüşdən sonra sülhə nail olmaq niyyəti barədə bəyanat verməyə hazırlaşırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR