İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəmaləddin Heydərov tanınmış idmançıya yüksək vəzifə verdi - FOTO

2724 23.07.2025 16:56 Son xəbər A A

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yeni kadr təyinatı baş tutub.

Musavat.com xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət baş leytenantı Orxan Mehdiyev  Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 19 nömrəli Yanğından Mühafizə bölməsinin növbə rəisinin köməkçisi vəzifəsindən azad edilib.

Digər əmrlə, Orxan Mehdiyev Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini təyin edilib.

Xatırladaq ki, Mehdiyev Orxan Kung-fu sanda üzrə dünya çempionudur. 2016-cı ildə Avropa çempionatında erməni idmançıya qalib gəlmişdir.

2019 və 2023cü ildə Fövqəladə Hallar Nazirliyi İdman Sağlamlıq Klubu və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR