İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə DƏHŞƏTLİ ZƏLZƏLƏ: Binalar dağıldı, ölənlər var - VİDEO

2854 01.10.2025 07:38 Son xəbər A A

Filippində 6,9 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "GMA News" Filippinin Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 60-a çatıb, 37 nəfər isə yaralanıb.

"Ölənlərin sayı getdikcə artır. Bizə 60 nəfərin öldüyü barədə məlumat daxil olub", - deyə Filippin Mülki Müdafiə Agentliyinin müşaviri Bernardo Alexandro bildirib.

Hakimiyyət orqanları bildirir ki, San-Remixio əyalətində idman-istirahət kompleksi çöküb, insanlar dağıntılar altında qalıb. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR