İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı milyarderlərə aid ticarət mərkəzi YANIR - “Sadovod”a da PUA DÜŞDÜ - TV Musavat - Canlı debat

1804 18.06.2026 11:04 Son xəbər A A

Məlum olduğu kimi, Rusiya paytaxtı növbəti PUA hücumuna məruz qalıb.

“AzPolitika” xəbər verir ki, bu gün səhər Ukrayna PUA-larının Moskva şəhəri və Moskva vilayətinə hücumu zamanı zərər görən obyektlərdən biri də Moskvanın ən böyük ticarət mərkəzlərindən biri kimi tanınan “Sadovod” olub. Bu barədə Rsuiya mediası və “Telegram” kanallarında videogörüntülər yayımlanıb.

Media yazır ki, hücumu dəf etməyə çalışan hava hücumundan müdafiə və elektron mübarizə sistemlərinin işi nəticəsində PUA qalıqları “Sadovod” ərazisinə düşüb. Ərazidə yanğın başlayıb.

Azərbaycan və Rusiya mediasında dəfələrlə bu ticarət mərkəzinin əslən Azərbaycandan olan biznesmenlər - Qod Nisanova, Zarah İliyevə və Vladimir Putinin tələbə yoldaşı İlham Rəhimova aid olduğuna dair məlumatlar yayılıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi analitik Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR