İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan təyyarəsini vuran hərbçidən ŞOK ETİRAFLAR - VİDEO

1772 25.07.2025 18:47 Son xəbər A A

“Minval Politika” Rusiya ordusundakı real vəziyyəti üzə çıxaran sensasion audioyazılar yayımlayıb.

Musavat.com xəbər verir ki, redaksiyanın əldə etdiyi səs yazılarında 274 saylı döyüş maşınının ekipaj üzvlərinin ağır xidmət şəraiti, komandirlər tərəfindən göstərilən sistemli təzyiqlər və istirahət imkanlarının olmaması əks olunub.

Audioyazılar 2024-cü il dekabrın 17-də, Qroznıda döyüş növbətçiliyi zamanı qeydə alınıb.

Məlumatlara görə, bu açıqlamaları Azərbaycan sərnişin təyyarəsini vuran kapitan Dmitri Paladiçuk özü səsləndirib.

Redaksiyanın əlində həmin gün Paladiçukun şəxsi telefonla çəkdiyi videogörüntülər də var. Kadrlarda hava hücumundan müdafiə sisteminə cəlb olunmuş heyətin hansı şəraitdə xidmət etdiyi açıq şəkildə görünür.

Azərbaycan təyyarəsi ilə bağlı hadisə bir daha sübut edir ki, Rusiya səmasında heç bir hava gəmisi təhlükəsiz deyil.

Xəbərdarlıq: Audioyazılarda nalayiq ifadələr yer alır!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR