İnsanlara hürriyət, millətlərə istiqlal!

Zidanın yeni klubu müəyyənləşdi: transfer siyahısı hazırdı - İDDİA

2027 10.09.2018 07:47 İdman A A
"Mançester Yunayted"ə Joze Mourinyonun yerinə Zinəddin Zidanın gələcəyi haqda xəbərlər dolaşdığı bir məqamda fransız mütəxəssisin hətta transfer siyahısını da hazırladığı bildirilir.
 
 
"Real"ı ardıcıl 3 il Çempionlar Liqasının qalibi edən Zidan, İngiltərə nəhəngini də zirvəyə daşımağı planlaşdırır.
 
 
"Mirror"un məlumatına görə Zidan "Mançester Yunayted"in baş məşqçisi olacağı təqdirdə rəhbərliyə Xames Rodriges, Edinson Kavani, Toni Kroos və Tyaqo Alkantaranın adı olan bir siyahı təqdim edəcək.
 
 
Son dönəmlərdə Mourinyo mətbuat konfranslarındakı davranışları və komandanın çıxışı səbəbilə tez-tez tənqidlərə məruz qalır.
 
 
"Qırmızı Şeytanlar" bu mövsüm meydana çıxdığı 4 matçın 2-də məğlub olub.
 
 
Fanat.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR