İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya xarici işlər nazirinin müavini: “Sanksiyalar müttəfiqlərimizin başından kuvald kimi dəyəcək...”

2439 11.03.2022 14:27 Dünya A A

Antirusiya sanksiyaları Moskvanın Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşlarının başından “kuvaldla” vuracaq.

Musavat.com virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “İzvestiya” qəzetinə müsahibəsində belə deyib.

“Əlbəttə, Rusiyaya qarşı sanksiyalar nəinki bizim Avrasiya məkanındakı müttəfiqlərimizə, yaxın iqtisadi və ticarət tərəfdaşlarımıza ötüb dəyəcək, yəqin ki, həm də onların başından kuvaldla vuracaq”,-nazir müavini bildirib.

Pankinin sözlərinə görə, təsəvvür etmək çətindir ki, Rusiyanı Avrasiya İqtisadi İttifaqı bazarlarında kim əvəzləyəcək. “Onu nəzərə almaqla ki,  indi bizdə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin azad hərəkəti mövcuddur”,-o əlavə edib.

 Aleksandr Pankin bildirib ki, Rusiya öz müttəfiqlərinin həmrəyliyinə ümid edir, bununla belə Moskva kiməsə hansısa qərarı zorla sırımaq niyyətində deyil. “Bizim avrasiyalı tərəfdaşlarımızın həmrəyliyinə ümid edirik, hesab edirik ki, bu çətin zamanda biz ayaq üstə dayana biləcəyik. Xəbərdarlıq etdiyimiz kimi, bir çox alətlər var və indi onları tətbiq etmək lazımdır-milli valyutalarla qarşılıqlı hesablaşma, regional bankların inkişaf və maliyyələşməyə cəlb edilməsi”,-Pankin deyib.

Xatırladaq ki, Rusiya ilə Azərbaycan arasında fevralın 22-də imzalanmış müttəfiqlik bəyannaməsində də iki ölkə arasında qarşılıqlı ticarət zamanı milli valyutalardan istifadə edilməsi barədə bənd yer alır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR