İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 12 ayda ABŞ-da inflyasiya 40 illik maksimum həddə çatıb

1191 11.03.2022 15:06 Son xəbər A A

Birləşmiş Ştatlarda illik inflyasiya göstəricisi son 40 ildə görünməmiş həddə çatıb. Bunun bir sıra səbəbləri var.

AZƏRTAC ABŞ Əmək Nazirliyinin martın 10-da dərc edilmiş hesabatına istinadla xəbər verir ki, istehlak qiymətlərinin aylıq indeksi son 12 ayda inflyasiyanın 7,9 faiz artmasını təsdiq edir. Bu, 1982-ci ildən bəri 12 ay ərzində ən kəskin artımdır. Nazirliyin məlumatına görə, 2022-ci ilin yanvar-fevral aylarında inflyasiya 0,8 faiz artıb. Ərzaq məhsullarının və enerji daşıyıcılarının qiymətləri nəzərə alınmasa, inflyasiya son 12 ayda 6,4 faiz artıb. 2021-ci ilin fevral ayından bəri enerji istehlakı indeksi 25,6 faiz, bu ilin yanvar ayı ilə müqayisədə 3,5 faiz artıb.

Analitiklər gələn ay enerji indeksinin yenidən artacağını gözləyirlər, çünki sonuncu hesabatda Ukrayna müharibəsi və bu münaqişənin benzinin qiymətinə təsiri nəzərə alınmayıb. Amerika Avtomobil Assosiasiyasının martın 10-da yayılmış bəyanatında bildirilir ki, Birləşmiş Ştatlarda benzinin qiymətinin orta milli göstəricisi 1 qallon üçün 4,32 dollara bərabərdir. Bu, o deməkdir ki, son bir neçə gündə həmin göstərici xeyli artıb və qiymətlərin qeydiyyata alındığı tarix ərzində ən yüksək orta göstəricidir.

Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, mənzillərin bahalaşması da bu göstəricinin artmasına şərait yaradıb. İnflyasiya amerikalılar arasında ciddi narahatlıq doğurur və 2022-ci ildə nəzərdə tutulan aralıq seçkilərdə demokratların zərərinə mühüm rol oynaya bilər.

Prezident Bayden cümə axşamı bildirib ki, onun administrasiyası inflyasiyanın artmasına qarşı mübarizə metodları üzərində işi davam etdirir. O qeyd edib ki, belə metodlardan biri bu ayın əvvəlində strateji ehtiyatlar hesabına onlarca milyon barel neftin satılmasıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR