İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki tarixi görüş Fransada gündəm oldu: “Səriştəsiz Makron!”

2513 11.03.2022 15:07 Dünya A A

Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün diplomatik cəhdlər davam etdiyi vaxtda, dünən Türkiyənin səyləri ilə Antalyada kritik görüş baş tutub.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba türk həmkarları Mövlud Çavuşoğlunun vasitəçiliyi ilə bir araya gəlib.

Böyük maraqla izlənilən görüş və ondan sonrakı bəyanatlar bütün dünyada əks-səda doğurub.

Tarixi görüş Fransada da geniş müzakirəyə çıxarılıb və prezident seçkiləri yarışının gündəminə də daxil edilib.

Prezident Emmanuel Makronun rəqibi Jan-Luk Melenşon hazırkı dövlət başçısı haqda sərt danışıb. Türkiyədəki görüşə diqqət çəkən Melenşon Makronu səriştəsizlikdə ittiham edib.

“Makron davamlı olaraq telefonla kiməsə zəng edir. Özü də Avropa Birliyinin dönəm rəhbəridir, amma ruslar və ukraynalılar gedib Antalyada görüşürlər. Bu, səriştəsizlikdən irəli gəlir”, - fransız siyasətçi bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR