İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: Putin-Zelenski görüşü gözlənilir, müharibə bitirmi? CANLI

3534 11.03.2022 15:25 Gündəm A A

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin heç bir tərəddüd etmədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, yaxın zamanda Rusiya və Ukrayna prezidentlərinin görüşü ola bilər: “Məncə, bu, çox yaxşı əlamətdir. Belə bir görüşün yaxın gələcəkdə baş tutmasının mümkünlüyünü ehtimal etməyə hər cür əsas var”.

“Ukrayna neytral statusa açıqdır, lakin ciddi təhlükəsizlik zəmanəti tələb edir”. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib. O bildirib ki, Vladimir Zelenski Putinlə birbaşa danışmaq istəyir: “Lakin danışıqlar zamanı Rusiyaya heç bir güzəş olmayacaq. Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünə gəlincə, heç bir irəliləyiş olmayıb. Görüş çox yaxşıdı, amma təəssüf ki, son qərarı verən Rusiya XİN-i deyil. Müharibənin dayandırılması, atəşkəsin yaradılması, qoşunların çıxarılması ilə bağlı yekun qərarı yalnız bir nəfər verir”, - o Rusiya prezidentinə işarə edərək yekunlaşdırıb.

Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib. Bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini Rusiya hərbçilərindən tamamilə azad ediblər.

TVMusavat-ın canlı efirində, “Həftə içi” verilişinin qonağı olan politoloq Murad Sadəddinovla Ukrayna böhranı haqda söhbətləşirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR