İnsanlara hürriyət, millətlərə istiqlal!

ALMANİYA AZƏRBAYCAN SİYASƏTİNİ DƏYİŞƏCƏK

2395 30.09.2009 09:29 Gündəm A A
Merkel həmin tarixə qədər hökumətin işə başlayacağını deyib. O bildirib ki, Berlin divarının yıxılması ilə bağlı mərasimə qatılacaq xarici ölkə liderlərinin və hökumət başçılarının da yeni koalisiyanın yaranma mərasimində iştirakını gözləyir. Merkel yeni hökumətin sosial yönümlü siyasət aparacağını, yeni iş yerlərinin yaradılmasına diqqəti artıracağını deyib. O, vəd edib ki, yeni hökumət vergiləri azaltmaq vədinə də sadiq qalacaq.
Xristian-Demokratlar İttifaqının baş katibi Ronald Pofalla isə məlumat verib ki, koalisiya danışıqları dörd həftəyə yekunlaşacaq. Xatırladaq ki, seçkilərdə Xristian-demokratlar və Azad demokratlar birlikdə səslərin 48 faizini əldə ediblər. Hər iki partiya oxşar platformaya söykənsə də, onların arasında vergi siyasətinə, əmək bazarına, tibbi təminata və digər məsələlərə dair fikir ayrılıqları var. Bu baxımdan danışıqların asan keçməyəcəyi gözlənilir. Ancaq indidən aydındır ki, Liberal Demokratlar Partiyasının lideri Guide  Vestervelle hökumətdə ikinci postu-vitse-kansler və xarici işlər naziri postunu tutacaq. Vestervelle qeyri-ənənəvi seksual orientasiyaya malikdir və yəqin ki, Almaniyanın tarixində ilk “mavi” xarici işlər naziri olacaq.
Yeni hökumətin “mavi” xarici işlər nazirinin rəhbərliyi ilə hansı xarici siyasət kursu seçəcəyi də maraq predmetidir. O cümlədən bu hökumətin Azərbaycan və Cənubi Qafqaz regionu üzrə hansı kurs götürəcəyi maraqlıdır. Məlum olduğu kimi, Almaniyanın xarici siyasəti kifayət qədər çalarlıdır. Burada Türkiyə və Rusiya ilə münasibətlər xüsusi yer tutur. BBC-nin Almaniyadakı seçkiləri izləyən Mərkəzi Asiya və Qafqaz xidmətinin redaktoru Yohannes Dell hesab edir ki, xarici siyasətdə əsas məsələlərin əksəriyyəti dəyişməz qalacaq. Təfərrüatlara gəlincə, Angela Merkelin Xristian-Demokratlar Partiyası aydın şəkildə mövqeyini bildirib - yəni, Merkel deyib ki, Türkiyənin Avropa İttifaqına daxil olmasını istəmir. O, Avropa İttifaqının Türkiyə ilə münasibətlərinin imtiyazlı partnyorluq əsasında qurulmasını istəyir. Eyni zamanda o, Avropa İttifaqına üzvlüklə bağlı Türkiyə ilə danışıqların davam etməsini, bunun Türkiyədəki demokratik proseslərin inkişafına təsir göstərməsini dəstəkləyir.
Lakin yeni koalisiyada Xristian-Demokratların tərəfdaşları olacaq Liberal-Demokratların mövqeyi fərqlidir. Yeri gəlmişkən, çox guman ki, Almaniyanın yeni xarici işlər naziri Liberal-Demokratlardan olacaq. Liberal-Demokratlar deyirlər ki, Türkiyənin Avropa İttifaqına daxil olmaq niyyəti dəstəklənməlidir və danışıqlar davam etməlidir. Amma onlar bunu da qeyd edirlər ki, buna hələ 8-10 ilə qədər vaxt var və indidən qəti qərar çıxarmaq üçün tələsmək lazım deyil.
Almaniya Avropanın enerji layihələrində marağı olan aparıcı dövlətlərdən biridir və Rusiya ilə “Şimal axını” kimi qaz layihələrində fəal iştirak edir. Almaniya Azərbaycan, Türkmənistan kimi ölkələrin cəlb edilməsini nəzərdə tutan “Nabucco” qaz layihəsini də dəstəkləyir. Eyni zamanda Almaniya Cənubi Qafqazda  münaqişələrin həllində fəal vastiçəlik etmək arzusunda olan Mərkəzi Avropa dövlətlərindən biridir. Lakin BBC təhlilçisi qeyd edir ki, həm siyasətdə, həm də seçkiqabağı kampaniyada Cənubi Qafqaz kimi məsələlər Almaniya siyasətçiləri üçün arxa planda duran uzaq mövzu olub: “Xarici siyasətə gəlincə, ən əsas mövzu - Rusiya ilə münasibətlər, enerji təhlükəsizliyidir. Bu məsələlərə dair əvvəlki və yeni hökümətin mövqeyi üst-üstə düşür. Liberal Demokratlar da ”Nabucco" layihəsini dəstəkləyir. Angela Merkel “Şimal axını” layihəsinə də “hə” deyib. Odur ki, Almaniyanın enerji təhlükəsizliyinin ümumi mövqeyi - çoxşaxəli nəqliyyat marşrutları üzərində qurulub. Bu mənada Cənubi Qafqaza gəldikdə, hər iki partiya anlayır ki, Azərbaycan kimi ölkələr bu layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Buna baxmayaraq, Liberal-Demokratlar bundan əvvəl Cənubi Qafqazdakı proseslərə tənqidi yanaşıblar. Məsələn, verdikləri bəyanatlarda onlar demokratik prosesləri sürətləndirmək üçün Azərbaycana daha çox təzyiq göstərməyə çağırmışdılar.Yeni hökümətdə təmsil olunacaq Liberal-Demokratlar vaxtaşırı Azərbaycanda mətbuat və söz azadlığının vəziyyətindən narahatlıqlarını bildiriblər. Prezident seçkiləri dövründə də onların tənqidləri eşidilirdi. Odur ki, Liberal-Demokratları təmsil edəcək yeni xarici işlər naziri çox guman ki, Almaniyanın Azərbaycana dair siyasətində keçmiş nazir Frank Valter Ştanmayerdən fərqli olaraq insan hüquqları məsələlərində praqmatizmi kənara qoyaraq daha tənqidi və qətiyyətli siyasət yürüdəcək".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR