İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ruslar haqqında: “Onlar günahkar olduqlarını bilməlidirlər”

565 02.09.2022 18:24 Region A A

Prezident Vladimir Zelenski hesab edir ki, Rusiya cəmiyyəti öz seçimi və susqunluğuna görə Ukraynaya qarşı müharibədə günahkar olduğunu başa düşməlidir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “Ambrosetti” forumunda çıxışı zamanı bildirib.

Zelenskinin fikrincə, müharibənin başa çatması üçün şərtlərdən biri Rusiya cəmiyyətinin buna istəyinin olmasıdır:

“Onlar bu müharibədə susqun qalmaqla günah daşıdıqlarını hiss etməlidirlər”.

Ukrayna prezidenti hesab edir ki, bir çox problemin həlli rusların müharibənin dəhşət və fəlakət gətirdiyini, yeganə alternativin Rusiya qoşunlarının Ukraynadan çıxarılmalı olduğunu dərk etmələrindən keçir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR