İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda zabitin ölüm səbəbi AÇIQLANDI 

371 30.07.2024 15:01 Region A A

Ermənistan ordusunda 2024-cü il yanvarın 9-da hərbçi Karen Karapetyanın qətli ilə bağlı bir sıra hallar, o cümlədən cinayətin motivi aydınlaşdırılıb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, aparılan istintaq hərəkətləri nəticəsində hərbçinin qətlinin motivinin qisas məqsədi ilə törədildiyinə dair faktiki sübutlar əldə edilib.

Müəyyən edilib ki, qətl hadisəsi baş verən gün, 2024-cü il yanvarın 9-da saat 04:30-dan 05:00-dək leytenant K.Karapetyan əsgər N.X.-ni postunda yatdığına görə danlayıb və onu təhqiramiz ifadələrlə söyüb. N.X. ona edilən təhqirə dözə bilməyib, qisas məqsədilə 9 yanvar 2024-cü il tarixdə saat 06:00 radələrində postunu təslim etdikdən sonra AK-103 avtomat silahı ilə yatmış vəziyyətdə olan Karen Karapetyana yaxınlaşaraq öncə bir güllə vurub, daha sonra isə ona zərbələr endirib.

Qeyd edək ki, Ermənistan ordusunda nizam-intizam hallarının pozulması ilə bağlı demək olar ki, hər ay xəbər gəlir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR