İnsanlara hürriyət, millətlərə istiqlal!

Kılıç-Rubinyan görüşü ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - “Dəyişiklik olmayacaq...”

775 30.07.2024 15:36 Gündəm A A

“Dünya dramatik dəyişikliklərlə üz-üzədir və bu kontekstdə Cənubi Qafqaz artıq böyük əhəmiyyət qazanmağa başlayır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli türkoloq Ruben Safrastyan danışıb.

Onun sözlərinə görə, bu, Pekin-London layihəsi ilə bağlıdır.

“Düşünürəm ki, Ruben Rubinyan və Serdar Kılıç arasında bugünkü görüşün səbəbi məhz budur, yəqin ki, bu, Türkiyənin təşəbbüsüdür”, - deyə Safrastyan deyib.

Bununla belə, o, Ermənistan-Türkiyə münasibətlərində kəskin dəyişiklik gözləmədiyini bildirib.

“Türkiyə dəfələrlə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayana qədər münasibətlərdə ciddi dəyişiklik olmayacaq”, - deyə Ruben Safrastyan qeyd edib.

Erməni türkoloqun fikrincə, indiki mərhələdə Türkiyə-Ermənistan sərhədinin açılmasını gözləməyə dəyməz.

“Türkiyə bununla razılaşmayacaq, çünki artıq müvafiq qərarı açıqlayıb”, - deyə Safrastyan bildirib.

O qeyd edib ki, sülh sazişi Türkiyə üçün vacibdir, çünki o zaman Türkiyə Zəngəzur dəhlizi ilə bağlı siyasətini reallaşdıra biləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR