İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Rubinyan və Serdar Kılıç bununla bağlı RAZILIĞA GƏLDİLƏR

721 30.07.2024 14:59 Gündəm A A

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər normallaşma prosesini heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri də təsdiqləyiblər.

Kılıç və Rubinyan, həmçinin Akyaka/Axurik dəmiryol sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR