İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə-Bakı yolunda SON VƏZİYYƏT - FHN hərəkətə keçdi

880 30.07.2024 15:44 Ölkə A A

Məlum olduğu kimi, son iki gündə Gəncə şəhərinə yağan intensiv yağışlar bir sıra fəsadlar törədib. Belə ki, şəhərin bir neçə ərazisində fərdi yaşayış və qeyri-yaşayış sahələri su altında qalıb. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə Musavat.com-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli regional qurumlarının əməkdaşları tərəfindən fərdi yaşayış və qeyri-yaşayış sahələrinə dolmuş yağış sularının xaric edilməsi istiqamətində görülən işlər yekunlaşmaq üzrədir. Qeyd edək ki, əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR