İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada vitse-kanslerə TERROR təhlükəsi

230 30.07.2024 16:14 Dünya A A

Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habekin mühafizəsi təhdidlərə görə gücləndirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Die Welt” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, nazirə demək olar ki, hər gün çoxsaylı təhdid məktubları daxil olur.

2023-cü ilin aprel ayından Habek İqtisadiyyat Nazirliyi və Bundestaqdakı (Almaniya parlamenti) ofisi vasitəsilə ixtisaslaşmış hüquq firmalarının köməyi ilə təxminən 700 ərizə təqdim edib. Nazirə ünvanlanan bəzi mesajlarda real təhdidlər var. İqtisadiyyat Nazirliyinin nümayəndəsi bu məlumatı “Die Welt”ə şərh etməyib və qeyd edib ki, təhlükəsizlik məsələləri adətən şərh olunmur.

Qeyd edək ki, Robert Habek Almaniyada ukraynapərəst mövqeyi ilə seçilən siyasətçilərdən sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR