İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Türkiyə ilə bağlı NATO-ya ÇAĞIRIŞ ETDİ

812 30.07.2024 15:34 Dünya A A

İsrail Xarici İşlər Nazirliyi prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarından sonra NATO-nu Türkiyəni alyansdan çıxarmağa çağırıb.

Musavat.com “Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir ki, prezident Ərdoğanın açıqlamaları fonunda xarici işlər naziri İsrael Katz diplomatlara təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşıraraq, Türkiyənin regional alyansdan çıxarılmasını tələb edib.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə təşkilatının tədbirində çıxışı zamanı İsraili nəzərdə tutaraq belə deyib:

"Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik".

Onun sözlərinə görə, Türkiyə belə addımlar atmaq üçün güclü olmalıdır. Ərdoğan İsraili münaqişənin coğrafiyasını bütün Yaxın Şərqdə genişləndirməyə çalışmaqda ittiham edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR