İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusu 7 istiqamətdə İRƏLİLƏYİR, bu şəhərdə küçə DÖYÜŞLƏRİ gedir - CANLI

780 30.07.2024 15:49 Son xəbər A A

Rusiya hərbçiləri Donetsk vilayətində cəbhənin bir neçə sektorunda irəliləyiblər. Bu barədə “DeepState” analitikləri məlumat yayıb. Məlumata görə, rus ordusunun irəliləyişi Spirnoy, Razdolovka, Timofeevka, Tərəqqi, Konstantinovka yaxınlığında, Severnı və Yeleznı istiqamətlərində qeydə alınıb.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhərki hesabatında rus ordusunun sözügedən irəliləyişi ilə bağlı heç bir məlumat veriləyib.

Rusiya Hərbi Dəniz Qüvvələri 300 gəmi və 20 min şəxsi heyətlə böyük təlimlərə start verib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda hərbi təlimlərin Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal, Sakit Okean və Baltik Donanmalarının əməliyyat zonalarında və Xəzər Donanmasının cavabdehlik zonasında keçirildiyi açıqlanıb. Sözügedən təlimlərə gəmi, kater, sualtı qayıq və yardımçı gəmilər, 50-yə yaxın təyyarə, eləcə də 200-dən çox hərbi texnikanın cəlb edildiyi bildirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev cavablandırır.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR