İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski MİT-in “dustaqlarını” Türkiyədən apardı - Kreml Türkiyəni suçladı

2187 08.07.2023 21:12 Son xəbər A A

Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ilin sentyabrından Türkiyədə Milli İstihbarat Təşkilatının nəzarətində saxlanılan “Azov” dəstəsinin 5 komandirini özü ilə bərabər aparıb.

azov.jpg (61 KB)

Onlar 2022-ci ildə Mariupoldakı “Azovstal” zavodunun mühasirəsindən sonra Rusiya tərəfə əsir düşmüşdü. 2022-ci ilin sentyabr ayının 21-də isə Rusiya Kremlyönümlü ukraynalı siyasətçi Viktor Medvedçuk 5 “Azov” komandiri Denis Prokopenko, Sergey Volınski, Svyatoslav Palamar, Denis Şleqa və Oleq Xomenko ilə dəyişdirilmişdi. Rusiya “Azov” batalyonunun 5 rəhbərinin Türkiyədə qalması şərtini irəli sürmüşdü və Ukrayna buna razılıq vermişdi. Bundan sonra Rusiya və Ukrayna təyyarələri Ankara hava limanına enmiş və MİT-in vasitəşiliyi ilə Medvedçuk 5 ukraynalı komandirlə dəyişdirilmişdi. O zamandan “Azov”çular Türkiyədə “qonaq” statusunda idilər.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski Türkiyə hava limanında “Azov” komandirlərini şəxsən gözləyib.

zelen.jpg (49 KB)

Sonra onlarla birlikdə Çexiya Hərbi Hava Qüvvələrinin təyyarəsində Türkiyəni tərk edib.

Maraqlıdır ki, bir neçə gün əvvəl Krımdan olan deputat, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Mixail Şeremet “Azov” komandirlərinin ekstradisiyasını tələb etmişdi. O, xatırladıb ki, Rusiya ilə Türkiyə arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında saziş bağlanıb və həmin şəxslər Rusiya və Ukraynada rusdilli vətəndaşlara qarşı cinayətlər törətdikləri üçün bu müqavilə çərçivəsində ekstradisiyası tələb edilməlidir.

Buna səbəb Türkiyədə “Azov” komandirlərinin hansı şəraitdə saxlanması ilə bağlı son vaxtlar ictimailəşən məlumatlar səbəb olmuşdu. Məlum olub ki, Ukrayna Nazirlər Kabinetinin fərmanına uyğun olaraq, Türkiyə saxlanılan “Azov”komandirlərinə 62 dollar məbləğində gündəlik əmək haqqı və yaşayış yerinin kirayə haqqı üçün gündə 120 dollardan çox olmamaqla kompensasiya əvəzinə onlara gündəlik 728 dollar ödənilir - 248 gündəlik müavinət və 480 kirayə haqqı üçün.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyada terrorçu təşkilat kimi tanınan “Azov”çuların geri qaytarılmasını “mövcud müqavilələrin şərtlərinin pozulması” kimi qiymətləndirib. Eyni zamanda Moskva hesab edir ki, həm Ankara, həm də Kiyev razılaşmanı pozub. Peskov izah edib ki, razılaşma “Azov” komandirlərinin hərbi əməliyyatlar bitənə qədər Türkiyədə qalmasını nəzərdə tutur.

O vurğulayıb ki, Türkiyə və Ukrayna tərəfləri arasında belə bir razılaşmanın olması barədə Rusiyaya heç kim məlumat verməyib.

Peskov həmçinin bildirib ki, bugünkü hadisə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatındakı uğursuzluqları ilə birbaşa bağlıdır.

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR