İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Fedorova bu vəzifəni TƏKLİF ETDİ 

832 23.07.2026 16:47 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fedorova hərbi innovasiyalar üzrə baş nazirin müavini postunu təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna kütləvi informasiya vasitələri məlumat yayıb.

İrlandiyanın Baş naziri Mixol Martinlə keçirilən birgə mətbuat konfransında Zelenski bildirib ki, Fedorov hazırda komandadadır:

"Görüşlərimizin bütün təfərrüatlarına varmadan deyə bilərəm ki, ona bir neçə vəzifə təklif etmişəm. Sonuncu təklifim Ukraynanın hərbi innovasiyalar üzrə baş nazirin müavini postudur. Bu, son dərəcə mühüm istiqamətdir, çünki innovasiyaların Müdafiə Nazirliyinin rəhbərliyi, ordunun Ali Baş Komandanı və prezidentlə koordinasiyası təmin edilməlidir. Bütün bu işlər hər gün həyata keçirilməlidir".

Ukrayna dövlət başçısı Fedorovun bu təkliflə razılaşıb-razılaşmadığı barədə dəqiq məlumat verməyib. Bundan əvvəl yayılan xəbərlərdə eks-nazirin yalnız əvvəlki vəzifəsinə qayıtmaq niyyətində olduğu bildirilirdi.

Həmçinin Ukrayna mediasının məlumatına görə, Zelenski Fedorova hakimiyyət komandasında müxtəlif iş variantları, o cümlədən başqa strukturlarda rəhbər vəzifələrə keçməyi də təklif edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR