İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “Tramp marşrutu”na qarşı forum BAŞLADI - ŞOK DETALLAR

595 23.07.2026 17:17 Region A A

Ermənistanın Sünik (Zəngəzur) vilayətində Ermənistan-İran ekspert forumu işə başlayıb.

Musavat.com xəbər verir ki, tədbirin rəsmi elan olunmuş məqsədi "İrəvan və Tehranın yanaşmalarını yaxınlaşdırmaq" və dövlət strukturları üçün tövsiyələr hazırlamaqdır.

Lakin iştirakçıların tərkibi və forumun keçirildiyi məkan neytral ifadələrin arxasında daha ciddi siyasi gündəliyin dayandığından xəbər verir.

Tədbirdə İranın Ermənistandakı səfiri, Qafandakı baş konsulu, IPIS, IRAS və Tehran Universitetinin nümayəndələri iştirak edirlər. Ermənistan tərəfini isə Sünik qubernatoru Robert Qukasyan, həmçinin APRI, Qafqaz İnstitutu və "Orbeli" mərkəzinin ekspertləri təmsil edirlər.

İştirakçıların seçimi təsadüfi sayıla bilməz. Erməni ekspertlərin böyük hissəsi TRIPP proqramına ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") və Azərbaycanla münasibətlərin normallaşmasına açıq şəkildə neqativ yanaşmaları ilə tanınırlar. İranlı iştirakçılar arasında da Bakının regional siyasətini müntəzəm tənqid edən mütəxəssislər üstünlük təşkil edir.

Forumun məhz Sünikdə - TRIPP marşrutunun keçə biləcəyi ərazidə təşkil olunması da diqqət çəkir. Faktiki olaraq, müzakirələr regional kommunikasiyaların açılması baxımından strateji əhəmiyyət kəsb edən zonada aparılır.

Böyük ehtimalla, müzakirələrin mərkəzində TRIPP və TRIPP+ layihələri, nəqliyyat marşrutlarının açılması, ABŞ-nin bölgədə artan rolu və mövcud güc balansının dəyişməsi imkanları dayanır.

Ekspert dialoqu adı altında Sünikdə "Tramp marşrutu"nun siyasi baxımdan qarşısını almağa və Cənubi Qafqazda əvvəlki təsir imkanlarını qorumağa yönəlmiş ortaq Ermənistan-İran xətti formalaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR