İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayaninin fikrincə, prezident Volodimir Zelenski Davosda çıxışı zamanı Avropa ölkələrinin Ukraynaya göstərdiyi genişmiqyaslı dəstəyə layiqincə təşəkkür etməyib.
Musavat.com xəbər verir ki, Tayaninin sözlərinə görə, Avropa Ukraynanın müstəqilliyini təmin etmək üçün həm siyasi, həm maliyyə, həm də hərbi sahədə mümkün olan bütün addımları atıb.
Nazir bildirib ki, Zelenskinin çıxışı Avropanın bu səylərinə adekvat münasibət sərgiləmir və kifayət qədər “səxavətli” görünmür:
“Məncə, Avropa Ukraynanın müstəqilliyini təmin edib, ölkəni siyasi, maliyyə və hərbi baxımdan dəstəkləmək üçün hər şeyi edib. Bu baxımdan onun çıxışı avropalılara qarşı yetərincə səxavətli təsir bağışlamır”.
Ekspertlər hesab edirlər ki, bu açıqlama Avropa daxilində Ukraynaya dəstək məsələsində artan yorğunluğun və siyasi narazılığın göstəricisidir. Bu isə gələcəkdə Kiyevə verilən yardımın həcmi və forması ilə bağlı müzakirələri daha da kəskinləşdirə bilər.
Musavat.com






