İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər paradında elan olunan hədəf: “Bundan sonra ancaq irəli gedəcəyik!”

2427 10.12.2021 00:01 Yazarlar A A

“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sözləri 2020-ci ilin 10 dekabrında, Vətən müharibəsində müzəffər ordumuzun qazandığı qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında söyləmişdi. Bir neçə gündən sonra həmin tarixi hadisənin bir ili tamam olacaq, Azərbaycan tarixində qazanılmış daha bir ilkin-Zəfər paradının! Düzdür, tariximizin müəyyən dönəmlərində hərbi paradlar keçirilib, ancaq bu, bir başqa keçiddir, dünyanın da heyrətlə izlədiyi, tədqiq etdiyi, 21-ci əsr silahları ilə qazanılan unikal qələbənin məntiqi sonluğuna həsr olunan möhtəşəm törənin yeri bir başqadır. 200 il ərzində torpaqları tikə-parça edilən Azərbaycan xalqı nəhayət, toparlandı, dövlətimizin qətiyyəti, ordumuzun şücaəti, Baş Komandanın iradəsi ilə şərəfli tarix yazıldı.

Dövlət başçısı: Azərbaycanda iqtisadiyyat az da olsa artıb

Dövlət başçısı 10 dekabr paradında əmin etmişdi: “Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. Ötən bir illik dönəmə diqqət edək, dediyi kimidir, irəli getmişik. Qəhrəman Əsgərimiz Qaragöl sahilində, Göyçə-Zəngəzur “ovuc içində”, igid sərhədçilərimiz Gorus-Qafan yolunda, gömrük postumuz düşmənin bağrını yarır, ordumuzun nəzarətində olan yolun kənarındakı SOCAR yanacaqdoldurma məntəqəsi göz çıxarır. Gerçəkdən xeyli irəli getmişik, Baş Komandanın dediyi kimi!

Noyabr ayında Ermənistan təxribata əl atdı, cavabı yüksək səviyyədə verildi, leş-leş üstə qaldı, əzir götürdüklərimizin bir qismi isə dekabrın 4-də Rusiyanın vasitəçiliyi ilə, mina xəritələrinin qarşılığında Ermənistana təhvil verildi. İrəlidəyik! Ermənilər Azərbaycan ordusunun strateji əhəmiyyətli bir neçə yüksəklikdə qərarlaşmasından sonra xof içərisindədirlər: “bizim halımız necə olacaq”, sualına cavab axtarırlar. Bəzi ermənilər anlayıblar gerçəkliyi: “İlham Əliyev dedisə, edəcək”, söyləyirlər. Edir də... Dövlət başçısı Zəfər paradında da bəyan etmişdi ki, “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur”. Ancaq Azərbaycanın ədalətli mövqe tutması kimlərisə sui-istifadəyə sövq edəcəksə, o halda “Dəmir Yumruq” yenidən işə düşə və daha sarsıdıcı zərbələr endirilə bilər. O halda Ermənistan adlı ölkənin varlığı da sual altına düşəcək, bunu Ter-Petrosyan kimi bəzi siyasətçilər də etiraf edirlər...

****

2020 Bakı Qələbə Paradı — Vikipediya

Bakıda keçirilən möhtəşəm hərbi paraddan bir neçə gün sonra Azərbaycan ərazilərində terror-diversiya məqsədilə göndərilmiş 60-dan çox erməni silahlısı tərksilah edildi, onların böyük bir hissəsi cəzasını çəkir, erməni havadarlarının səylərinə baxmayaraq...O zaman dəstəkçilərindən stimul alan erməni revanşistlər irəli getməyə çalışdılar, layiq olduqlarını cəzanı aldılar, alacaqlar da.

Azadlıq meydanında hərbi parad keçirilib - YENİLƏNİB-2 | Report.az

Xatırlayırıq, 2018-ci ilin iyununda Azadlıq meydanındakı hərbi paradda 2016-cı ilin aprel döyüşlərində azad edilmiş Lələtəpə yüksəkliyində qaldırılmış bayraq dalğalandırılmışdı. O zaman Baş Komandan tribunadan əmin etmişdi ki, gün gələcək azad olunmuş Şuşada və digər torpaqlarımızda qaldırılmış bayrağımız Azadlıq meydanına gətiriləcək. Dedi, baş verdi! 28 illik işğaldan sonra müzəffər ordumuz tərəfindən azad edilmiş Şuşa şəhərinin üzərində qaldırılmış Zəfər bayrağımızı Zəfər paradında görməkdən gözəl nə ola bilərdi? Özü də “Bir millət, iki dövlət”in liderlərinin dayandığı tribuna önündən keçən Əsgərimizin əlində! Azərbaycan Prezidentinin dəvəti ilə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan fəxri qonaq kimi Zəfər paradında iştirak etdi. Turan elinin, Türk dünyasının iki möhtəşəm lideri bərabər seyr etdi müzəffər əsgərimizin Zəfər paradını.

Türkiyədə ən gözəl foto seçildi - Zəfər Paradımızdan...

Həmin gün Azərbaycanın qazandığı tarixi qələbənin şərəfinə düzənlənən Zəfər paradında 3 min Azərbaycan əsgəri və zabiti ilə bərabər, qardaş Türkiyənin də əsgər və zabitləri iştirak edirdilər. Tarix boyu kürək-kürəyə olan qardaşlar yenə də bir yerdəydi. Qarabağın işğaldan azad olunması əməliyyatında Azərbaycana hər cür dəstəyə hazır olan qardaşlarımız itkilərimizə üzüldükləri, hər zaman bizlərə mənəvi dəstək olduqları kimi, tariximizin şərəf lövhəsinin qızıl hərflərlə yazıldığı günlərdə də bizimlə birgə oldular, sevincimizi birgə bölüşdük, dost sevindi, düşmən çatladı. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak edirdilər, Azərbaycanın qələbəsinə sevinənlər məmnun idi, Qarabağın erməniyə verilməsi üçün dəridən-qabıqdan çıxan ölkələrin təmsilçiləri isə sadəcə seyr edirdilər, pərt durumda. Üstündən bir il keçib, amma pərt olanlar, zəfərimizə sevinməyənlər hələ də yollarını Ağdamdan o tərəfə salmaq istəmirlər, Şuşaya ayaq basmaqdan, bu torpaqların Azərbaycanın ayrılmaz hissəsini olduğunu dilə gətirməkdən yayınırlar. Çünki bu qədər irəli gedəcəyimizi ağıllarına belə, gətirməmişdilər. Unutmamışıq axı, “5 rayon+2 rayon”, “Dağlıq Qarabağın statusu” və sair kimi nağılları. 30 ilə yaxın nağıl danışanlar, bizi yuxuya verib, sərvətlərimizin talanması üçün erməniyə ideal şərait yaradanlar bir gün özləri bu günü təsəvvür belə, eləmirdilər. Şuşadan üzüaşağı baxırıq, Xankəndiyə! “İstənilən an gələ bilərik”, anlayırlar!

****

Böyük qayıdışa hazırlıq: Qarabağ yenidən cənnətə

Zəfər paradından sonra həyata keçirilən işlərin miqyası o qədər böyükdür ki... Qarabağın yenidən qurulması istiqamətində gecəli-gündüzlü çalışmalar, Şuşaya aparan Zəfər yolu, Zəngilanın “ağıllı kənd”ləri, Ağdamın yenidən tikilməsi, Qarabağın hava qapısının - Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi... İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir yerdə Zəngəzur dəhlizinin təməlini qoymaları isə Turan qapısının açılacağına şübhə yeri qoymur, necə deyərlər, ermənilər göyə çıxsalar da, qarşısını ala bilməyəcəklər. Dövlətimizin başçısı deyib axı, “bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava  Limanının rəsmi açılışını ediblər (FOTO/VİDEO) (

İrəli yalnız Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonları, sərhədlərin sdelimitasiya və demarkasiyası ilə bitmir. “Biz” deyilibsə, deməli, burada Turan var, Türkiyə var! İlham Əliyev hələ illər öncə Avropadakı türk düşmənlərinə “burada Türkiyə yoxdursa, mən varam”, söyləmişdi. Burada “mən”, “sən” yoxdur, BİZ varıq! Necə ki, qardaş Türkiyənin dilində hər zaman CAN AZƏRBAYCAN var! Biz böyük zəfərimizi birgə qazandıq, Azərbaycan əsgərinin şücaəti, Türkiyənin hərtərəfli dəstəyi, “Bayraktar”ları ilə düşməni darmadağın etdik. Bu, qardaşlığın Zəfəridir! Odur ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilən ciddi mesaj oldu. Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Ölkəmizin bütün yaşayış məntəqələrində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır, bu, ayrılıqların olmadığını bir daha nümayiş etdirir, tək nümunədir dünyada! Vətən müharibəsinin ilk anlarından, hətta iki ay yarım əvvəl düşmənin Tovuz rayonuna xain hücumu zamanı qardaş Türkiyədən aldığımız birmənalı dəstək Qarabağın çox tezliklə azad olunacağına inamımızı xeyli artırdı. Qardaşlarımızın verdiyi açıq dəstək bütün dünya üçün aydın mesaj oldu: Azərbaycan bu haqq savaşında yalnız xeyil, yerinizi bilin! Çoxları qurcalandılar, prosesdə katalizator rolunu oynamağa çalışdılar, ancaq gün üzünə çıxanlar az oldu, Türkiyə amili, F-16 xofu bəzilərini neytral qalmağa vadar etdi.

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında  niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Biz Bir Millət, Bir Ordu kimi çıxdıq sınaqdan! Dünya var olduqca, bu qardaşlıq, bu birgəlik davam edəcək, inşallah! Hələ bizim aramızdakı sədd indi götürülür – Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın əsas hissəsi ilə də Türkiyə arasında quru əlaqə bərpa olunacaq, məsafə qısalacaq, gediş-gəliş asanlaşacaq, bir-birimizi daha tez-tez bağrımıza basacağıq. Elə imperialist qüvvələr bu layihənin qarşısını almaqla məhz bizim aramızda ayrılıq salmaq istəyirlər, lakin bacarmayacaqlar! Necə ki, 70 illik sovetlər dönəmində bu, mümkün olmadı!

10 dekabr paradında Azərbaycanın hərbi qüdrətinin bir hissəsi nümayiş etdirildi, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər. Ancaq heyrətamiz olanı Ermənistan ordusunun döyüşdə qənimət olaraq ələ keçirilmiş hərbi texnikasının bir hissəsinin nümayişi idi. Üstəlik, işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürülən 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya!!!

İndi o hərbi texnikalar da, həmin kompozisiya da Hərbi Qənimətlər Parkındadır, sərgilənir hər kəsə, erməni faşizminə göz dağıdır, həm də dərsdir. Nəticə çıxarılmasa, sərgilənən eksponatların sıraları genişlənəcək, necə ki, noyabrdakı terror cəhdinin nəticəsində bu, baş verdi...

30 il işğalda qalmış, keçilməz sədlər yaradılmış, minalar səpilmiş ərazilərin cəmi 44 günə azad edilməsi əlbəttə ki, şanlı tarixdir, həm də dünyanın hərb sənəti üçün bir dərslikdir. Tarix boyunca savaşlarda qələbələrlə yanaşı, məğlubiyyətlər, geriçəkilmələr də olub. Ancaq 44 günlük savaş bir istisnadır. Hər gün Azərbaycan Ordusu irəli gedir, hər gün kəndlər, qəsəbə, şəhər, yaxud yüksəkliklər azad edilirdi. Geri çəkilmə, məğlubiyyət yad idi əsgərimizə. Azərbaycanın qəhrəman əsgər və zabitləri inamla irəliləyirdi. Uzun illər Ali Baş Komandandan əmr gözləyən ordumuz işğala son qoymaq, tarixi ədaləti bərpa etmək, alnımızdakı ləkəni silmək üçün düşmənlə ölüm-dirim savaşına girmişdi, əsgərin bir amalı var idi: “Təki Vətən yaşasın!”

O günlər həm də milli birliyimizin nümayişi baxımından şərəf səhifəmizə qızıl hərflərlə yazılacaq, heç şübhəsiz. Ali Baş Komandanın əmrini icra etmiş Azərbaycan Ordusu və rəhbərin ətrafında birləşmiş xalq. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Bunu bədxahlarımzı gözləmirdilər. Onların hesablamasına görə, daxildə təfriqə yarada bilərdilər, birliyimizə xələl gətirib də, 90-cı illərdə olduğu kimi, bizi məğlubiyyətə düçar etmək idi qəsdləri. Alınmadı, arzuları gözlərində qaldı. Vətənə və əsgər andına sadiq olan qəhrəman Azərbaycan hərbiçisinə, qazilərimizə böyük təşəkkürlər! Şəhidlərimizin ruhu qarşısında hər zaman təzim edəcəyik, bizi bu töhmətdən qurtardıqları üçün. Savaş dönəmində Ermənistan ordusunda 10 mindən çox fərari olduğu halda, Azərbaycan Ordusunda kimsə fərarilik etmədi. Hətta ağır yaralı olanlar belə, israr edirdilər yenidən döyüşlərə qatılmaq üçün. Hamı Şuşaya tələsirdi, o müqəddəs ziyarətgaha, qürur yerimizə...

22 yaşlı XTQ:“Ermənistan ordusunun onurğa sütununu sındırdı”

Əsgərimiz Ermənistanı döyüş meydanında məhv etdi, erməni ordusunun “yenilməzliyi” barədə mif darmadağın oldu, dünya erməniçiliyinə sarsıdıcı zərbə vuruldu. Hələ bu günədək ermənilər döyüş meydanındakı meyitlərini yığıb qurtara bilməyiblər. 1703-cü meyit 4 dekabrda, Xocavənddə tapıldı. Hələ bunlar müharibədən sonra toplanan qalıqlardır, düşmənin ölü və yaralılarının sayı dəfələrlə çoxdur. 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atmağa vadar olan Ermənistan qalib Azərbaycanın tələblərinə əməl etməyə məcburdur, ayrı çıxış yolu yoxdur. Əks təqdirdə, daha da İRƏLİ GEDƏCƏYİK! Qalib ordunun Baş Komandanı strateji hədəflərimizi də nişan verib: “Zəngəzur, Göyçə, İrəvan da bizim tarixi torpaqlarımızdır”. Ermənilər ağıllanmasa...

Unutmasınlar: 2022-ci ilin - ən iri tutumlu - dövlət büdcəsində hərbi xərclərimizə xüsusi yer ayrılıb...

Elşad Paşasoy,
Musavat.com

Bizimkilər - Elşad Paşasoy: “Bəlkə də mən yaxşı müəllim, ticarətçi, ya da  əkinçi ola bilərdim” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR