İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan İrəvanın “Zvartnots”la bağlı qərarına REAKSİYA

1496 13.03.2024 17:52 Region A A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 13-də keçirdiyi brifinqdə Moskvanın İrəvanın rus sərhədçilərini "Zvartnots" hava limanından çıxarmaq qərarını necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırıb.

Musavat.com xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

"Biz Ermənistan rəhbərliyinin bu mövzu ilə bağlı şərhlərini görmüşük. Müvafiq bildiriş idarə xətti ilə göndərilib, lakin diplomatik kanallarla heç nə daxil olmayıb. Bütün qərarlar idarələrarası danışıqların nəticələrinə əsasən veriləcək", - Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, sözügedən açıqlama rəsmi İrəvanın bir sıra qeyri-dost addımları və bəyanatları fonunda verilib:

"Çətin ki, belə bir təşəbbüs Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına cavab versin".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR