İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanacaq daşıyan maşın aşdı - yaralılar var - FOTOlar

603 25.07.2024 21:04 Hadisə A A

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com AZƏRTAC-a istinadən bildirir ki, qəza nəticəsində idarəetmədən çıxan yanacaq daşıyan maşın aşıb.

Hadisə saat 16 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Ələkbər Ələkbərovun idarə etdiyi "Mercedes" markalı yanacaq daşıyan maşın dairəvi yola daxil olan zaman idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə İmişli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım heyəti, İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. Yolda təhlükəsizlik təmin olunub. Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR