İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa vərəndaşları və şirkətlərinə Rusiyadakı aktivlərin mübadiləsi qadağan olundu

205 25.07.2024 22:57 Dünya A A

Avropa Komissiyası Maliyyə Xidmətləri və Kapital Bazarları üzrə Baş Direktorluğu Aİ vətəndaşlarına və şirkətlərinə Rusiya investorları ilə dondurulmuş aktivlərin mübadiləsində iştirakı qadağan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı departament yayıb.

Məlumatda qeyd olunur ki, mübadilə Rusiyanın sanksiya altında olan Milli Hesablaşma Depozitarı tərəfindən icra olunur. Aİ vətəndaşları və şirkətlərinə bu qurumla hər hansı maliyyə əməliyyatının aparılması qadağan edilib.

2023-cü il noyabrın 8-də prezident Vladimir Putin Rusiyada bloklanan xarici investorların vəsaitlərinin bir hissəsinin rusların dondurulmuş aktivləri ilə “dəyişdirilməsinə” dair fərman imzalayıb. Fərman ruslara məxsus xarici qiymətli kağızların Rusiyada “C” tipli hesablarda həmin əcnəbilər üçün faktiki bloklanmış vəsaitlər hesabına əcnəbilərə, o cümlədən qeyri-dost ölkələrdən olan qiymətli kağızların satılması qaydasını müəyyən edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR