İnsanlara hürriyət, millətlərə istiqlal!

Millilərimiz Ermənistanı məğlub etdi

388 25.07.2024 21:16 İdman A A

18 yaşadək oğlanlardan ibarət basketbol millisi də Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

B qrupunda yer alan millimiz qrupun son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.

*****

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda qrupdakı sonuncu matçını keçirib.

Ermənistanla qarşılaşan Evren Alkayanın rəhbərlik etdiyi yığma 68:42 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Azərbaycan seçməsi ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edib. Qrupdakı ikinci oyunda Gürcüstan üzərində 74:68 hesabı ilə qələbə qazanan komanda Avropa çempionatının yarımfinalına vəsiqəni təmin edib.**axar.az

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR