İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni Milli Konqresindən AZƏRBAYCAN ETİRAFI: Bakı üstünlüyə malikdir

822 25.07.2024 20:15 Region A A

Ermənistanın beynəlxalq ticarət masasında heç bir kozır və aləti yoxdur, lakin Ukraynadakı müharibə fonunda Azərbaycanın üstünlükləri var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin (ilk prezident Levon Ter-Petrosyanın partiyası) sədr müavini Aram Manukyan danışıb.

Onun sözlərinə görə, Azərbaycan Avropaya Rusiya yanacağını ixrac edir, Köhnə Dünya yüz milyonlarla dollar dəyərində neft alır, Azərbaycan qazının təxminən 30%-i Rusiya qazıdır, bu gün NATO-nun altı ölkəsi Azərbaycandan qaz alır.

“Azərbaycanın güclü kozırları var, onların Rusiya və Avropa ilə münasibətləri praktik və qarşılıqlı faydalıdır. Biz bunu nəzərə almalıydıq. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rusların maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşəcəyi məqamın gələcəyini deyərkən məhz bunu nəzərdə tuturdu”, - deyə Manukyan əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR