İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Afrikaya neft satışını dəfələrlə artırıb

149 25.07.2024 23:50 Dünya A A

2023-cü ildə Rusiya Afrika ölkələrinə neft məhsullarının tədarükünü 3,5 dəfə artıraraq 17,6 milyon tona çatdırıb.

Musavat.com xəbər verir ki, bu məlumatı Rusiya Energetika Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Dmitri Semenov açıqlayıb.

Semenov qeyd edib ki, hazırda Rusiya və Afrika ölkələri enerji sahəsində 40-a yaxın mümkün birgə layihəni müzakirə edirlər: “Biz enerji sektorunda perspektivli layihələr müəyyən etmişik və bu rəqəm Rusiya-Afrika sammitindən sonra bir qədər də artıb: o zaman 30-a yaxın idi, indi 40-a yaxınlaşır. Bizim şirkətlərimizin əsas prioritetləri olan 14 ölkə müəyyən edilib qitədə geniş şəkildə təmsil olunur: bunlar neft-qaz sektorunda layihələrdir, hasilat, nəqletmədir”.

Bir il əvvəl Rusiyanın energetika naziri olan Nikolay Şulqinov 2023-cü ildə Rusiyanın Afrikanı 18-20 milyon ton neft məhsulları ilə təmin edəcəyini proqnozlaşdırmışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR