İnsanlara hürriyət, millətlərə istiqlal!

İran həbs etdiyi tankerdəki nefti geri qaytarıb

215 25.07.2024 23:36 Dünya A A

İran yanvar ayında Türkiyəyə gedən və müsadirə etdiyi “Sent Nicholas” tankerində olan nefti geri qaytarıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən biri “yük bu həftənin əvvəlində danışıqlardan sonra geri qaytarıldı” deyib. Digər mənbənin dediyinə görə, neft Larak adasının yaxınlığında Türkiyənin T.Semahat tankerinə yüklənib.

Marşal adalarının bayrağı altında üzən “Sent Nicholas” tankeri yanvarın 11-də 145 min ton neft daşıyarkən bir qrup silahlı şəxs tərəfindən ələ keçirilib. O, İraqın Bəsrə şəhərindən Süveyş kanalı vasitəsilə Türkiyənin Əliağa limanına gedirdi. İslam Respublikası mətbuatının məlumatına görə, yük İran məhkəməsinin qərarı ilə İran Hərbi Dəniz Qüvvələri tərəfindən müsadirə edilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR