İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu kişini 100 ildir axtarırlar

726 25.07.2024 20:27 Dünya A A

ABŞ-da 100 il bundan əvvəl bir kişi qeyri-müəyyən şəkildə yoxa çıxıb.

Bu, ABŞ-da həll olunmamış ən qədim hadisələrdən biri hesab olunur.

Marvin Klarkın təxminən bir əsr əvvəl “Halloween” zamanı yoxa çıxması ABŞ-ın Milli İtkin Düşənlər və Naməlum Şəxslər Sistemində siyahıya alınmış sirr olaraq qalır.

Marvin Klark 1926-cı ildə, qızı Sindinin işlədiyi hotelə gedərkən yoxa çıxıb. İtkin düşən gün Marvin Klark tünd kostyum və şalvar geyinib. Şahidlər onu Portlenddəki avtobus terminalında gördüyünü bildiriblər. Lakin o, ailəsi ilə əlaqə saxlamayıb. Kişinin yoxa çıxmasından bir həftə sonra həyat yoldaşı Vaşinqtondan Marvin tərəfindən göndərdiyi iddia edilən açıqca alıb.

Polis Marvinə aid olduğu güman edilən əşyalarla birlikdə naməlum meyit tapıb. 2018-ci ildə Marvinin böyük nəvəsi və oğlu test üçün DNT nümunələri təqdim etdikdə bu araşdırma xəttinin səhv olduğu sübut edilib.

Qeyd edək ki, Marvinin harada olduğunu hələ də bilmirlər./Lent.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR