İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Rusiyanın Ermənistana münasibətinin adını qoydu

584 13.07.2026 13:48 Siyasət A A

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva ilə İrəvan arasında münasibətlərin xüsusi xarakter daşıdığını və bunun təkcə geosiyasi maraqlarla izah olunmadığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Zaxarova bu fikirləri bloqer Olqa Blaqoveşenskayaya müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanı yalnız suveren dövlət kimi deyil, ortaq tarix, ailə bağları, humanitar əlaqələr və insanların taleləri ilə sıx bağlı ölkə kimi qiymətləndirir.

Rusiya XİN sözçüsü əlavə edib ki, Moskva ilə İrəvanı ortaq mədəni məkan birləşdirir. O, Rusiya prezidenti Vladimir Putinin müxtəlif dövrlərdə qanlı münaqişələrin dayandırılması, Ermənistana yardım göstərilməsi və ölkənin inkişafına dəstək verilməsi istiqamətində addımlar atdığını iddia edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR